Maraqlı

Kıvançın arvadının restoranına hücum olundu

20 May 2019 14:05
0 Şərh     Baxış: 1 548

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhər saatlarında məkana gələn biri restoranın qarşısında qışqırmağa, qapını yumruqlamağa başlayıb. O, daha sonra işçiləri hədələməyə başlayıb.

Restoranın işçiləri isə polisə xəbər verib. Hadisə yerinə gələn polislər həmin adamın 28 yaşlı Sinan A. adlı şəxs olduğunu ortaya çıxarıb. Sinan ifadəsində onu tərk edən sevgilisinin Başakın rəfiqəsi olduğunu, məkana onunla danışmaq üçün gəldiyini deyib.

Hadisədən xəbərdar olan Kıvanç və Başak həmin şəxsi prokurorluğa şikayət edib. Məsələ ilə bağlı cinayət işi açılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.