Maraqlı

Nafilə namaz qılmağın nə kimi faydası var?

26 May 2019 22:55
0 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Təala bizə 5 namaz qılmağı əmr edir. Bu namazları qılmaq Allah-Təalanın əmrini yerinə yetirməkdir. Allaha yaxınlaşmaq istəyən, mərtəbəsini yüksəltmək istəyən bəndə bu namazlardan əlavə namaz da qılar və bu əlavə namazlarla Allaha yaxın olmaq istədiyini isbat etmiş olar. Nafilə namazlar bu qədər önəmlidir. 5 namazı qılmasan, axirətdə bunun hesabını verərsən, qılsan, borcdan çıxarsan. Nafilə namaz qılsan, "Allahım, bu qulun Sənin rizanı istəyir, hər cür günahdan, xətadan, Sənə qarşı çıxmaqdan Sənə sığınıram" deyirmiş kimi Allaha yönələrsən. Nafilə namaz Haqqın qapısından asılmaq, əl çəkməmək, "Allahım, məni də rəhmət dairənə daxil eylə!"- deyə yalvarmaqdır. Sən ədəbinə uyğun Allaha yönəlsən, Allah səni eşitməz, duanı qəbul etməzmi? - Əlbəttə eşidər, əlbəttə qəbul edər.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, görün bir nə buyurur, bizi Yaradan, Yaşadan, Mərhəməti Sonsuz olan Rəbbimiz: "Qulum Mənə yaxınlaşmaq üçün nafilə namaz qılar, dua edər, o qədər ibadət edər, o qədər çırpınar ki, Mən onu sevərəm. Mən bir qulumu sevdimmi, onun görən gözü, danışan dili, tutan əli, yeriyan ayağı olaram. O, Mənə doğru bir addım atsa, Mən ona doğru on addım ataram, o Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gedərəm."
Rəbbim istərsə, qıldığımız iki rükət nafilə namaz hörmətinə neçə-neçə namaz borcumuzu bağışlar.

Bu lütfə, bu mərhəmətə can fəda! Nə qədər gözəl, nə qədər mərhəmətli bir Allahın qulu, bəndəsiyik! Bütün ağacların yarpaqlarının, bütün səhraların qumlarının, bütün dəryaların damlalarının sayı qədər əlhəmdulillah, əlhəmdulillah, əlhəmdulillah!

Günə bir dua

Allahım!
- Verdiyin nemətləri mənim üçün bərəkətləndir, məni şeytanın və pis niyyətli insanların  şərindən qoru!;
- Şübhəsiz ki, hökm edən ancaq Sənsən və Sənə hökm edilməz;
- Sən kimi Özünə dost tutsan, o əsla zəlil olmaz;
Ey Rəbbimiz, Sən mübarəksən, bərəkətin, xeyirin qaynağısan, ucalardan ucasan!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.