Maraqlı

İntihar Allahın binasını yıxmaqdır

26 May 2019 19:10
2 Şərh     Baxış: 733

Qurani-Kərimdə intihar yasaqlayan ayələr var:

- Özünüzü öldürməyin;

- Allah-Taala bəndəsinə onun çəkə bilməyəcəyi yükü yükləməz;

- Sizin üçün xeyirli bildiyiniz bir çox şeylərdə sizin üçün zərərlər, zərərli bildiyiniz şeylərdə də faydalar var;

- Günahınız yerlə göyün arasını dolduracaq qədər olsa belə, Allahın mərhəmətindən ümidinizi kəsməyin...

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, cana qıymaq İslamda ən böyük günahlardan biridir. Öz canına qıymaq isə başqasını öldürməkdən daha ağır günahdır. Peyğəmbərimiz Həzrəti Muhamməd intihar etmiş bir səhabənin cənazə namazını qılmayıb.

Allah-Taala heç bir çiyinə çəkə bilməyəcəyi yükü yükləməz.

İntihar - Allah-Taalanın mərhəmətinə inanmamaqdır, imtahana qarşı dözümsüzlükdür, səbirsizliksir. İstər Quranda, istərsə də hədisi-şəriflərdə elə bir məqam göstərilməyib ki, həmin məqamda intihara bəraət olsun.

Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur: özünü boğaraq öldürən şəxs cəhənnəm üçün boğmuş olur.

Özünü vuraraq öldürən cəhənnəm üçün vurmuş olur.

Bəzən insan çox ağır, çıxılmaz vəziyyətə düşdüyünü zənn edir, amma unuduruq ki, çıxılmaz hesab etdiyimiz o durum da ötəridir.

Allah-Taala Nisa surəsində: "Özünüzü öldürməyin, şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir" buyurmaqdadır.

İntihar söhbətindən sonra Allah-Taala mərhəmətini xatırladaqaq bizə ayılmağı, qəflət halından çıxmağı nəsihət edir.

Peyğəmbərimiz öncəki ümmətlərdə də intiharın yasaq olduğunu bildirir: Əvvəlki ümmətlərdən birində yaralı bir adam vardı. Yarasının ağrısına dözə bilməyərək bir bıçaq götürdü və əlini doğradı. Kəsdiyi yerin qanı dayanmadığı üçün öldü.

Allah-Taala onun bu halı üzərinə: "Qulum can haqqında Mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım" buyurdu.

İntihar edənin axirətdəki cəzası intihar şəklinə uyğun olaraq verilir. Hədisi-şəriflərdə bu haqda belə bildirilir: "Kim özünü bıçaq kimi kəsici alətlə öldürərsə, cəhənnəm atəşində ona həmin alətlə əzab verilər".

Ən ağır anında belə insan Allahdan ümidi kəsilməməlidir. Hər gecədən sonra bir gündüz, hər çətinlikdən sonra bir rahatlıq var. Bəndənin Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin çözülməsinin başlanğıc nöqtəsidir. Allaha sığınan bəndə Ondan güc alır, Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə, mətanətlə hər cür sıxıntı qarşısında duruş gətirir.

Canına qıyan insan Allahın binasını yıxmış olur və Bina Sahibinə bu əməlinin hesabını verəcəyini də ağlından çıxarmasın.

Elə bir məqam yoxdur ki, həmin məqam üçün dinimiz intihara icazə qapısı açmış olsun.

Canınıza qıymayın, nə olur, qıymayın! İntihar cəsarət deyil, qorxaqlıqdır, fərarilikdir.

Əmin olun ki, intihar edən mütləq peşman olur, Vallah peşman olur, Billah peşman olur.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tənqidçi · 26 May 19:2440

    Çox gözəl mövzudu...həyat çox gözəldir amma ağıllı insanlar üçün... həyat eşqi ilə yaşamaq lazımdır.. intihar çıxış yolu deyildir..həyatda nə çətinliklər olursa olsun hər zaman çıxış yolu vardır...ən birincisi və önəmlisi səbr və ALLAHA şükür etməkdi...intihar edənlər ən zəif insanlardı...

    Cavab yaz
  • Anonim
    Teselli · 26 May 21:2520

    Son cumlesi o qeder duzgun qeyd edilibki.menim yaxinim qohumum canina qiydi.oqeder onu bezdirdiler ki sirke icdi.ozunde deyildi bir anliq psixoloji pozuntuyla eledi.5 gun can verdi xestexanada.ozundeydi biraz.onda dediki cox pesmanam.ama ne fayda.butun ici yanmisdi.hecne elemek olmadi.cox heyf.gul kimi qiz getdi.Allah bizi hec kimsenin caresiz buraxmasin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.