Maraqlı

Orucluq haqda ən gərəkli bilgilər

26 May 2019 22:15
0 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

- Oruc tutan yeməz, içməz, boğazından bir şey keçirməz.
-Oruclu olduğunu bilə-bilə boğazından bir şey keçirmək orucu pozar.
- Oruclu olduğunu unudaraq bir şey yeyib-içmək orucu pozmaz. Oruclu olduğunu xatırlayan kimi yemək-içməyi dayandırmalı və orucuna davam etməlidir. Yox əgər xatırladıqdan sonra da yeyib-içərsə, orucu pozular.
-Oruclu olduğunu bilə-bilə qarqara edərkən boğazdan su keçərsə, orucu pozar.
-Ağıza su verib yaxaladıqdan sonra ağızda qalan cüzi nəmlik tüpürcəklə bərabər udularsa, orucu pozmaz.
- Oruc tutan siqaret çəkməz, saqqız çeynəməz.
- Cinsi əlaqə orucu pozar.
- Hamilə və əmzikli qadınlar sonradan qəza etmək şərti ilə ramazanda oruc tutmaya bilərlər.
- Aybaşısı olan və yeni doğmuş  qadınlar sonradan qəza etmək şərti ilə ramazanda oruc tutmaya bilərlər.
- Ağızdakı tüpürcəyi udmaq orucu pozmaz.
- Oruc tutan ağzını yaxalaya bilər, duş qəbul edə bilər, amma ağzını yuyanda hər hansı pastadan istifadə eləmək məsləhət görülmür. Çünki bütün pastalar istər-istəməz ağıza uzunmüddətli dad buraxır. Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, ağzınızı yaxalayanda yaxşı olar ki, yüngülcə qarqara edəsiniz və əlinizlə dişinizi sürtəsiniz. İftardan sonra dişlərinizi istədiyiniz qədər fırça ilə sürtə bilərsiniz.
- İftarı çörəklə də açmaq olar, su ilə də, meyvə ilə də. Amma Peyğəmbərimizdən gələn adətə görə xurma, zeytun, bunlardan heç biri olmadıqda isə su ilə açmaq daha faydalıdır.
- Sahura (el arasında bu vaxta obaşdan deyirlər) qalxmaqda fayda var. Peyğəmbərimiz buyurub ki, bir qurtum su üçün də olsa sahura qalxın. Sahura qalxmasanız da oruc tuta bilərsiniz, amma bir az yorğun olarsınız.
- Oruc zamanı kosmetika və ya ətriyyatdan istifadə etmək olar. Amma gərək hər şey müəyyən ölçüdə olsun. Dodağa həddən artıq pamada sürtüb sonra da onu udmaq təbii ki, orucu pozar.
- İynə vurdurmaq, qulağa, buruna dərman tökmək orucu pozar.
- Gözə tökülən dərman orucu pozmaz.
- Uşaqları öpmək orucu pozmaz. Amma bu heç də o demək deyil ki, uşağın ağzının-burnunun suyunu yalayıb udasan, bu halda oruc pozular.
-Burun seliyini çəkib udmaq orucu pozmaz.
-Dişlərin arasından çıxıb ağıza yayılan qan boğazdan keçməzsə, oruc pozulmaz.
-Birisi danışarkən və ya başqa bir səbəbdən dodaqlarını ağız suyu ilə islatması orucunu pozmaz.
-Göz yaşı və ya tər ağıza düşərsə, baxılar; əgər azdırsa, orucu pozmaz, çoxdursa, pozar.
- Zəruri halda ağız içinə qoyulan dərman, məsələn, dişə qoyulan dərmanın az miqdarda suyu ağız suyuna qarışaraq boğazdan keçsə, oruc pozulmaz.
- Dişlərin arasında qalmış yemək qırıntısı noxud dənəsindən kiçikdirsə udduqda orucu pozmaz; noxuddan böyükdürsə, pozar.
- Dişlər arasında qalan noxuddan kiçik bir şey ağızdan çıxarılıb yenidən yeyilərsə, orucu pozar.

Günə bir dua
Rəsulullahın duası:
- Allahım, Səni unutmamağım, Səni zikr etməyim, Səndən qafil qalmamağım, Sənə şükr etməyim, verdiyin nəmətlərin haqqını etiraf etməyim və Sənə gözəl ibadət edə bilməyim üçün mənə yardım et!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.