Maraqlı

“Taxt oyunları”nın səkkizinci mövsümünün yenidən çəkilməsi tələb olunur

19 May 2019 14:33
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taxt oyunları" teleserialının pərəstişkarlarının HBO telekanalından səkkizinci mövzümün yenidən çəkilməsini tələb etdikləri petisiya artıq bir milyondan çox imza toplayıb.

Milli.Az bildirir ki, oxu.az bu barədə petisiyanın yerləşdirildiyi change.org saytındakı sayğaca istinadən xəbər verir.

Petisiya mayın 16-da yerləşdirilib və cəmi iki gün ərzində bir milyondan artıq imza toplayıb.

Petisiyanın tərtibatçıları Devid Benioff və Deniel Brett Vayssın (serialın müəllifləri) əllərində müraciət üçün ilkin material (yəni kitab) olmadıqda səriştəsiz müəlliflər olduqlarından şikayətləniblər.

"Bu serial mənası olan sonuncu mövsümə layiqdir", - petisiyanın tərtibatçıları bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.