Maraqlı

Şvarseneqqerə Afrikada hücum ediblər...

19 May 2019 12:16
0 Şərh     Baxış: 761

Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə "Arnold Sports Africa"da, aktyor məşq keçən zaman baş tutub.

Arnold eyni zamanda pərəstişkarları ilə görüşüb, onlarla şəkil çəkdirib və avtoqraf paylayıb. İnsanlarla mehriban davranmağa çalışan aktyor gözləmədiyi hadisə ilə qarşılaşıb. Qəfildən bir nəfər qaça-qaça gələrək ona hücum edib.

Ətrafdakılar həmin şəxsi tutub, Şvarseneqqer isə heç bir xəsarət almayıb. Onun nə üçün belə addım atdığı araşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.