Maraqlı

Məşhur şirkətin məhsulunda GMO aşkar edildi - Ehtiyatlı olun

18 May 2019 22:24
1 Şərh     Baxış: 3 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İnsan rifahı və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarət üzrə Federal Xidməti Nestle şirkətinin "Bıstrov" sıyığında Rusiya ərazisində qeydiyyatdan keçməmiş geni dəyişdirilmiş papaya aşkarlayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, GM Papaya (transformasiya hadisəsi X17-2) Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə və AB ölkələrində olduğu kimi, Rusiyada da qeydiyyata alınmayıb.

Geni dəyişdirilmiş papaya "qurmanlar üçün assorti" yulaf sıyığında aşkar edilib.

Öz növbəsində Nestle şirkətindən bildirilib ki, şirkət məhsullarının istehsalı zamanı geni dəyişdirilmiş məhsullardan istifadə etmir.

"Biz məhsulda təsadüfən GMO istifadə edildiyini öyrənən kimi məhsulun istehsalını dayandırdıq", - deyə şirkətdən bildirilib.

Bundan başqa, məhsulun satışdan da yığışdırılacağı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.