Maraqlı

Brexit səbəbindən 1,46 milyard funt ziyana düşüb

19 May 2019 07:44
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə yerləşən səyahət və turizm şirkəti "Tomas Kuk" Brexitin gecikdirilməsi səbəbindən 1,46 milyard funt ziyana düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət bu müddət ərzində 21 mağazasını bağlayıb, həmçinin Sankt-Peterburqdakı mərkəzi ofisindən 150-dən çox işçisini ixtisar edib.

Qurumun baş icraçı direktoru Peter Fankhauzer bildirib ki, şirkət bir il ərzində ümumilikdə 1,46 milyard funt zərərlə üzləşib. O deyib ki, Brexitin yaratdığı siyasi qeyri-müəyyənlik səyahət planlarına da təsir edib.

"Tomas Kuk" şirkəti 2007-ci ildə yaradılıb. Holdinq Böyük Britaniya, Almaniya, Belçika və Skandinaviyada yerləşən bir neçə aviaşirkətə sahibdir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.