Maraqlı

İnsan hüceyrələri istifadə edilərək mini beyin surəti hazırlandı

21 May 2019 22:55
0 Şərh     Baxış: 588

Bir laboratoriyada, Filip Boll adlı yazıçının hüceyrələri istifadə edilərək, beyninin mini bir surəti yaradıldı. Bu beyin, biologiyadakı insan tərifi haqqında yeni müzakirələr yaradacaq kimi görünür.

Bir nevroloji laboratoriyada özünün hüceyrələri istifadə edilərək hazırlanan mini beyinləri görən yazıçı, olduqca maraqlı nəticələr əldə etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmanın əsas məqsədi ağlını itirməyə qarşı bir həll tapmaqdır. Bunun üçün də beyin modellərinə ehtiyac duyurlar. Beləliklə araşdırmaçılar beyində ağlını itirməyi xəbərdar edən mexanizmləri ortaya çıxarmağı məqsəd qoyur.

Ancaq araşdırmanın nəticəsində yazar öz beyninin sadələşdirilmiş bir genetik surəti ilə qarşılaşdı. Mini beyin bir petri qabında saxlanılır. Boll mövzuyla əlaqədar bir kitab qələmə aldı.

Keçən noyabr ayında mini beyinlərin çoxunun qısa müddətdə öldüyünü söylədi. Biri isə, həyatda qalmağı, kök salıb təcrid bir insan beyni nümunəsi meydana gətirməyi bacardı. Boll, bu orqanın insan beyni ilə eyni olmadığını bilir, məsələn mini beyində qəbul sensoru olmur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.