Maraqlı

Sümüklər üçün istifadə edilən maddə ürəyə də faydalıdır

21 May 2019 21:55
0 Şərh     Baxış: 1 359

Sümüklərə və oynaqlara dəstək məqsədiylə istifadə edilən qlükozamin ürəyə də faydalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sümük və oynaq ağrılarının müalicəsi üçün istifadə edilən bir çox dərmanlar var və bu dərmanların bir qisimində də faktor maddə olaraq qlükozamin var. Bu əhəmiyyətli dəstək maddəsinin bədənin digər qisimləri üzərinə də təsirləri var.

Aparılan araşdırmalarda maddənin ürək sağlamlığına da yaxşı təsir etdiyi çıxdı. Hətta araşdırmaçılara görə qlükozaminin ürəyə olan faydası, sümüklərə və oynaqlara olan faydasından daha yüksəkdir.

Nümayiş olunan araşdırma, qlükozaminin yetkin insanların kardioloji xəstəliklərə tutulma riskinin 15% daha az olduğunu göstərdi. Araşdırma 466.039 xəstənin 7 illik dövrdəki məlumatları istifadə edildi.

Araşdırmanın təfərrüatları isə, qlükozaminin ürək sağlamlığına təsirlərini daha ətraflı olaraq göstərdi. Buna görə bu maddəni istifadə edənlərin ürək xəstəlikləri səbəbiylə ölüm riski 22% daha az olur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.