Maraqlı

Ramazan ayı böyük bərəkətlər gətirib

21 May 2019 21:50
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayı həm oruc tutanlar və həm də oruc tutmaqdan üzrlü olanlar üçün çoxlu bərəkətlər gətirər. Bu bərəkətlər ilə tanış olaq:

1. Bağışlanma. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Ramazan ayını imana görə, Allah üçün və savabı üçün oruc tutarsa, keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman və Allah mükafatı ümüdi ilə ibadətə qiyam edərsə, keçmiş günahları bağışlanar".

2. Cəhənnəm atəşindən azad olmaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, Ramazan ayı - azad olmaq ayı adlandırılmışdır. Çünki Allahın onun hər gündüz və gecəsində insanlar cəhənnəm odundan azad olunur. Ayın sonunda isə keçən günlərdə azad etdiklərinin sayı qədər (insanı) azad edəcəkdir.

3. Əməlin savabı yüksələr.

4. Ruzi artar.

5. İlahi rəhmətə meyil edilər.

6. Dualar qəbul olar.

7. Allahın rəhmət qapıları açılar.

8. Cəhənnəmin qapıları bağlanar.

9. Şeytan (lən) zəncirə vurular.

10. Həqiqi oruc tutan behiştlik olar.

11. Günahkarların barəsindəki şəfaəti qəbul olar.

12. Allah oruc tutanlara rəhmətlə nəzər salar.

13. Oruc tutanın ağız iyi Allah yanında müşkdən də xoşdur.

14. Mələklər oruc tutanlar üçün istiğfar edərlər.

15. Behişt oruc tutanlar üçün bəzənər.

16. Bütün oruc tutanlar əfv olunar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.