Maraqlı

Üzü üstə yatmaq günahdırmı?

21 May 2019 23:10
0 Şərh     Baxış: 2 781

İslam dini həyatın bütün sahələrində insana faydalı olan təlimatları verir. Bu təlimatların bir qisminin səbəbi dini kitablarda ətraflı izah edilməsə də, müasir elmi nailiyyətlər onları sübuta yetirir. Bəzi hədislərdə yatmaqla bağlı təlimatlar da mövcuddur. Belə ki, arxası üstə yatmaq ən faydalı və savablı yatmaq növü sayılır. Hədislərdə deyilir ki, peyğəmbərlər məhz bu şəkildə yatmışlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, sağ böyrü üstə uzanaraq yatmaq da savabdır, hədislərdə bu, möminlərə aid xüsusiyyət kimi qeyd edilib. Sol böyrü üstə yatmaq bəyənilmir. Üzü üstə yatmaq isə bundan da çox ziyanlıdır. Müasir tibb elmi də deyilənləri təsdiq edir. Sol böyrü üstə yatan şəxs ürəyini gücə salır və narahatlıq hiss edir. Üzü üstə yatmaq da bədən üzvlərini sıxır və narahatlıq gətirir. Üstəlik, bu halda yuxuda ikən cənabətli olmaq (pollüsiya) ehtimalı da çoxalır. Ona görə də üzü üstə və sol böyrü üstə yatmaqdan çəkinmək məsləhətdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.