Maraqlı

Müsəlmanlarin elmi nailiyyətləri

21 May 2019 21:45
2 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Riyaziyyat sahəsində müsəlmanların xidməti danılmazdır. Bu sahədə onların qazandığı nailiyyətlər hətta müasir Avropanı da heyran royur. Məşhur Qərb alimi prof. Jak Risler belə deyir: "İntibahımızın riyaziyyat müəllimləri müsəlmanlardır". Fransız alimi prof. E.F.Qotye isə öz heyranlığını belə ifadə edir: "Avropanın mədəni dairələri yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də müsəlmanlardan almışdır; həqiqətən, bugünkü Qərb riyaziyyatı İslam riyaziyyatının davamından başqa bir şey deyildir".

Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, "əl-Cəbr vəl-müqabilə" adlı ilk cəbr kitabını yazmışdır. Kitabın adındakı "əl-cəbr" sözü qərblilər tərəfindən təhrif olunaraq "algebra" şəklinə düşmüşdür.

Riyaziyyat sahəsində Avropaya nümunə olmuş müsəlman alim¬lərindən biri də Bəttanidir (858-929). Jak Rislerin fikrincə, fak¬tiki olaraq triqonometriya elminin əsasını da Bəttani qoymuşdur.

Sinus anlayışını kəşf edən da müsəlmanlardır. Müsəlmanlar sinusa "seyb" deyirdilər. Qərblilər bu sözü dəyişdirərək "sinus" şək¬linə saldılar.

Triqonometriyaya tangens, kotangens, sekans və kosekans anlayışlarını Əbül-Vəfa (940-998) gətirmişdir. Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi isə Nəsirəddin Tusi (1201- 1274) olmuşdur. Triqonometriyadakı dəyişən formulların kəşfi İbn Yunusa (vəf. 1009) məxsusdur.

Nyutona aid edilən binom formulunu cəbrə gətirən Ömər Xəyyam (vəf. 1123) olmuşdur.

Differensial hecab da Nyutondan əvvəl Sabit ibn Qürra (vəf. 901) tərəfindən kəşf edilmişdi. Həndəsi cəbrdən ilk dəfə istifadə edən şəxs hec də bəzilərinin qəbul etdiyi kimi Dekart (1596-1650) deyil, müsəlman alimi Sabit ibn Qürra olmuşdur.

Şpenqler (1880-1936) riyaziyyatdakı fünksiya anlayışının tamamilə Avropaya aid olduğunu, bun¬dan əvvəlki heç bir mədəniyyətdə bu mövzuya aid hər hansı işarəyə rast gəlinmədiyini yazır. Bu sahədə geniş tədqiqatlar aparmış Məhəmməd İqbal isə həmin gorüşü rədd edərək, avropalılardan bir neçə əsr öncə funksiya ideyasının Biruni tərəfindən ortaya atıldığını söyləmişdir.

Onluq kəsr sistemini tapmış, bu mövzuda əsər yazmış ilk alim Qiyasəddin Cəmşiddir (vəf. 1429). Riyazi hesabatlarda ilk dəfə vergüldən istifadə edən də o olmuşdur.

ASTRONOMİYA

Müsəlman alimləri ən çox maraqlandıran elm sahələrindən biri də astronomiyadır. İslam ölkələrinin demək olar ki, bütün böyük şəhərlərində rəsədxana var idi. Bu rəsədxanalarda müsəlmanlar əsrlər boyunca elm dünyasına yol göstərmiş dəyərli kəşf və tədqiqatlar aparırdılar. Onlar Cordano Bruno (1546-1601), Kopernik (1473-1543), Qaliley (1564-1642) kimi bir cox Qərb alimləri üçün əsil ilham mənbəyi oldular.

Paris İslam İnstitutunun sabiq professoru Jak Risler müsəlmanların Qərb intibahına təsiri barədə demişdir: "Müsəlman astronomları da riyaziyyatçı alimlər qədər intibahımıza təsir etmişlər".

Müsəlmanlar ulduzların yerini, yüksəkliyini və aralarındakı məsafəni ölçmək üçün istifadə edilən üstürlab (astrolyabiya) adlı cihazı xeyli təkmilləşdirmiş, demək olar ki, onu yenidən yaratmışlar. Bu mövzuda ilk əsəri Maşallah (vəf. 815) yazmışdır. Zərkali (1029-1087) isə o dövr üçün ən dəqiq və əlverişli üstürlab növünü kəşf etmişdir.

Yer kürəsinin yuvarlaq formada olub fırlandığını müsəlmanlar avropalılardan çox-çox öncə bilirdilər. Biruni Yer planetinin həm öz oxu ətrafında, həm də Günəşin ətrafında dövr etdiyini sübuta yetirmişdir. O, Hindistanın Nəndənə şəhəri yaxınlığında apardığı tədqiqatlar nəticəsində Yer kürəsi səthinin sahəsini hesabladı. Onun hesabat zamanı tətbiq etdiyi üsul Avropada "Biruni qaydası" adlandırıldı.

Hələ IX-X əsrlərdə Musa qardaşları Yer kürəsinin çevrəsinin uzunluğunu ölçmüşdülər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Fərqaninin astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs kitabı kimi tədris edilmişdir. Fərqani eyni zamanda Günəşin üzərindəki ləkələri də kəşf etmişdir.

Lalandın fikrincə, dünyanın 20 ən məşhur astronomundan biri sayılan Bəttaninin hazırladığı "Sabi cədvəlləri" adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesablamışdı.

Hökmdar olmasına rəğmən, özünü elmə həsr etmiş Uluğbəy (1394-1499) Səmərqənddə böyük bir rəsədxana tikdirərək, öz dövrünün ən böyük astronomu oldu.

"Öz əsrinin Ptolemeyi" adını qazanmış Əli Quşçi (vəf. 1474) ekliptika əyrilərinin bugünkünə çox yaxın qiymətini hesabladı (23o30'13"; müasir nəticə 23o27'-dir). Ekliptika əyrilərinin qiymətini düzgün hesablamış ilk alim isə Fərqani olmuşdur.

Bitruci (XIII əsr) planetlərin xarici mərkəzli dairələr boyunca hərəkəti barədə nəzəriyyəni alt-üst edərək Kopernikə yol açdı.

Cabir ibn Əflah (XII əsr) ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalılardan xeyli əvvəl tapdı. Alman astronomu Rejintan isə yalnız 300 ildən sonra eyni metodla buna uyğun nəticəni əldə etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.