Maraqlı

Redmi 7A smartfonu hazırlanır

21 May 2019 22:15
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkətinin Redmi brendi K20 flaqman seriyası və orta büdcəli Redmi Note 7S smartfonundan başqa həmçinin ultrabüdcəli Redmi 7A modeli üzərində də çalışır.

Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən smartfon barəsində məlumat Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilib. Bu barədə Indiashoppssaytına istinadən Gagadget saytı xəbər verib.

Agentliyin məlumatlar bazasında aşkar edilmiş fotolara əsasən demək olar ki, Redmi 7A modeli plastik materialdan hazırlanmış gövdəyə və 18:9 nisbətli genişformatlı ekrana sahib olacaq. Ekran üzərində çıxıntı hissə olmayacaq. Ön panelin yuxarı hissəsində danışıqlar üçün nəzərdə tutulmuş səsgücləndirici ilə ön kameranı, aşağı hissəsində isə Redmi yazısını görmək olar. Smartfonun arxa panelində bir ədəd kamera modulu ilə LEDişıqlandırma sistemi yerləşir.

Təəssüflər olsun ki, məlumatlar bazasında sözügedən smartfonun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, Redmi 7A modeli Redmi 6A kimi HD+ keyfiyyətli ekran, MediaTekprosessoru (və ya Snapdragon 400 seriyasından olan prosessor), 2 GB RAM və 16/32 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir. Onun 100$-dan aşağı qiymət göstəricisi ilə satılacağı güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.