Maraqlı

Çində Wikipedia tam olaraq bloklanıb

21 May 2019 08:46
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindəki istifadəçilər Wikipedia-dan istifadə edə bilməyəcəklər. Məlumata əsasən informasiya resursu kimi fəaliyyət göstərən Wikipedia yerli hökumət tərəfindən bloklanıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, Çində olan istifadəçilər Wikipedia-dan heç bir dildə isifadə edə bilməyəcəklər. Wikipedia-nın Çin regionunda bloklanmasına ilk öncə "Şəbəkə müdaxiləsinə açıq nəzarət" (OONI)-in təmsilçiləri fikir veriblər.

"Aprel ayında Wikimedia Foundation aşkar etmişdi ki, Wikipedia resursu Çində işləmir. Bizim daxili trafiklər üzrə hesabatlarımızın analizindən sonra biz təsdiq edə bilərik ki, Wikipedia bütün dillərdə bloklanıb" - deyə OONI-nin mətbuat katibi bildirib. Məlumata əsasən bu cür resursların bloklanması Çin üçün heç də nadir hallardan deyil.

Belə ki, daha öncə Çində Wikipedia-nın çin dili versiyası bloklanmışdı. Bu cür bloklanmalar digər informasiya portalları ilə də baş verir. Adətən bu cür bloklanmalar Çində baş vermiş hansısa hadisələrin ildönümləri ilə əlaqəli olur. Çində Wikipedia-nın tam bloklanmasını jurnalistlər 1989-cu ildə Pekinin Tyananmen meydanında baş vermiş tələbə protestlərinin yatırılmasının 30 illiyi ilə əlaqələndirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.