Maraqlı

Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq - dünyada ilk

19 May 2019 02:30
4 Şərh     Baxış: 3 324

Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq. Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu təcrübə dünyada ilk olacaq. Tallinndə 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır.

Bu tədbirlərlə Estoniya hökuməti nəinki havanı təmiz saxlamağa, həmçinin ticarət dövriyyənin həcmini artırmağa da nail olub. Belə ki, insanlar nəqliyyat xərclərini düşünmədən rahat alış-veriş edir, müxtəlif daşımalar həyata keçirirlər. Hər bir Estoniya vətəndaşı nəqliyyat kartını bircə dəfə qeydiyyatdan keçirməklə sözügedən regionlardakı şəhərdaxili ictimai nəqliyyatdan (taksilər istisna olmaqla) pulsuz istifadə edə biləcək.

Milli.Az 

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Daglı · 19 May 06:2180

    Bizdə isə ictimai nəqliyyatda gediş haqqı durmadan artırılır. Açıq şəkildə gediş haqqı artırılmayan nəqliyyatın marşrutu isə bir neçə yerə bölünməklə guya gizli şəkildə qaldırılır. Hələ bundan sonra da artım haqqında düşünülür

    Cavab yaz
  • Anonim
    ŞAH · 19 May 09:2140

    NÜMUNƏ GÖTÜRMƏK LAZIMDIR SƏRVƏTİ OLMAYAN BİR ÖLKƏ AĞILI VAR.ESTONİYADA LİTVADA OLMUŞAM SİVİL BİR ÖLKƏ .TALLİN GÖZƏL ŞƏHƏR.SOVET RESPUBLİKALARI İCƏRİSİNDƏ ÜC RESPUBLİKA --AVROPA DEMƏK OLAR.

    Cavab yaz
  • Anonim
    Namiq · 19 May 09:5950

    Sag eli bizim basimiza

    Cavab yaz
  • Anonim
    URUS · 19 May 21:5100

    Neft molla Nəsrəddinin başına bəla oldu. Yazıq meşəyə eşşəklə havayı gedərdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.