Maraqlı

Jurnalistlərin işini əlindən alacaq yeni robot

19 May 2019 07:00
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süni intellekt şirkəti "Primer" yeni robot hazırlayıb. "Axios" adı verilən robot insanlar kimi yazılara uyğun məntiqli başlıq qoya bilir.

Milli.Az xəbər verir ki, bu robot bir milyondan çox xəbər və xəbər başlığını oxuya bilir. Əvvəlki təcrübələrə əsasən onların içərisindən ən uyğun sözləri seçib başlıq yazır. Hətta robotun hazırladığı başlığı insanların yazdığı başlıqla səhv salanlar da var.

Şirkətin direktoru Con Bahonnon bunun bir "başlıq türinq testi" olduğunu deyir. İngiltərəli riyaziyyatçı Alan Türinqin etdiyi testə görə bir kompüterin ağıllı adlandırılması üçün özünü qarşısındakına insan olduğunu inandırmasıdır.

Robotun insanların istifadə etdiyi kimi bir təbii dil hazırlaması gözlənilir. Hazırda bu məsələnin çətin olması təəssüratı yaransa da, mümkünsüz deyil. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.