Maraqlı

“Avroviziya-2019”da final həyəcanı: Çingiz qalib gələcəkmi? - FOTO

18 May 2019 12:39
21 Şərh     Baxış: 3 329

Bu gecə bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində keçirilən "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında olacaq. Birinci və ikinci yarımfinalı geridə qoyub müsabiqənin əsas final gecəsini izləyəcəyik. Müsabiqə saat 23:00-da başlayacaq və İTV-də canlı yayımlanacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, finalda 26 ölkə birincilik uğrunda mübarizə aparacaq - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya və İspaniya.

Səsvermədə müsabiqənin münsiflər heyəti ilə bərabər yarışmaya qatılan 41 ölkə də iştirak edəcək.

Hər bir ölkə canlı yayımda 1-dən 12-yə kimi bal verəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Müsabiqəni Azərbaycan tərəfdən aparıcı Murad Arif şərh edəcək.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə "Avroviziya"da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək.

Lakin bu da son deyil, çünki təşkilatçılar "Avroviziya" tamaşaçılarına daha bir sürpriz hazırlayıb.

Belə ki, mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Sənətçi final gecəsi üçün özəl repertuar hazırlayıb.

Bir neçə gündür Tel-Əvivdə olan pop ulduz rəngarəng gecədə 1989-cu ildə hitə çevrilən "Like A Prayer" mahnısını ifa edəcək. O, eyni zamanda repçi Quavo ilə birgə oxuduğu "Future" mahnısını da duet şəklində təqdim edəcək. Sözügedən mahnı isə müğənninin sonuncu "Madame X" albomunda da yer alıb. Madonna "Avroviziya"da çıxışına görə əvvəlcədən 1,5 milyon dollar qonorar alıb.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev "Truth" (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

Çingizin müsabiqənin ikinci yarımfinalında səhnədə göstərdiyi möhtəşəm perfomansı Avropa tamaşaçısı tərəfindən böyük maraq və rəğbət qazandığı üçün o, finala vəsiqə qazanıb. Bukmeykerlərin verdiyi son proqnoza əsasən ölkəmiz beşinci pillədə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Roya · 18 May 12:49190

    Uğurlar Çingiz. bu gece dualarımız seninledir. Şansın açıq olsun.

    Cavab yaz
    • Anonim
      Tənqidçi · 18 May 13:08216

      Birinci yeri tutsa fəxr edərik amma tuta bilməz... Qəti mümkün deyil... Burda dua yox lap səhərə kimi ağlasaqda xeyri yoxdu... Çünki sms sayı həll edir...

      Cavab yaz
      • Anonim
        Roya · 18 May 13:29141

        Kimin neye gücü çatır onu etsin.Menim elimden gelen duadır onu edecem.Mesele Çingizin birinci yeri tutması deyil,mesele xalq olaraq bu gün Çingize elimizden gelen desteyi vermekdir.

        Cavab yaz
        • Anonim
          Zəhra · 18 May 15:0250

          Salam. Röya xanım. Necəsiz? Sizinlə tamamilə razıyam. Siz fikir verməyin. İnsanların çoxunun fikri sizinki ilə üst- üstə düşür.

          Cavab yaz
        • Anonim
          Zəhra · 18 May 15:0240

          Salam. Röya xanım. Necəsiz? Sizinlə tamamilə razıyam. Siz fikir verməyin. İnsanların çoxunun fikri sizinki ilə üst- üstə düşür.

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 18 May 15:4080

            Qəti mumkun deyil deyecek bir sey yoxdu. Allah istese mümkünsüzü mumkun eder men and ice bilmerem ki, sms hell edir ne bilim yanlarindayam ki sms hell etdiyin neler olur bas verir bilekkk.Bunuu hec kim bile bilmez. Udmaqi ve 1 ciliyi ne hell edir Amma DUA her seyden ustundu .

            Cavab yaz
            • Anonim
              Roya · 18 May 15:5340

              Sağ olun xanımlar.

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 18 May 16:1640

              Xoşduuu canım.

  • Anonim
    Jasmin · 18 May 13:2490

    Çox istərdim Çingiz qalib gəlsin,əla olardı

    Cavab yaz
  • Anonim
    Zəhra · 18 May 13:3691

    İnşallah Çingiz qalib olar

    Cavab yaz
  • Anonim
    Zyuma · 18 May 13:41100

    Inaniriq sene Cingiz!!!Ugur seninle olsun...inwALLAH..Senin yawadigin heyacandan coxuni bizler yawayiriq...Qaldir.Azerbaycan bayragini Cingiz....qoy duwmenlerimizin gozu kor olsun.. Cun.AZERBAYCAN zirvelere layiqdir...

    Cavab yaz
    • Anonim
      Zəhra · 18 May 14:5930

      Çünki AZƏRBAYCAN azadlıq və yüksəlişdir. Çünki AZƏRBAYCAN sülh bə bərabərlikdir. Çünki AZƏRBAYCAN uca və əvəzolunmaz VƏTƏNİMİZDİR.

      Cavab yaz
  • Anonim
    AZE · 18 May 14:5801

    Çingizin qalib gələcəyini düşünmürəm, amma ilk beşlik hətta üçlükdə ola bilər, bu da son illərdəki çıxışlarımızı nəzərə alsaq böyük uğur sayılmalıdır. Qalib isə heç bir surpriz olmasa çox güman ki, Niderland olacaq. Birdəki, qalibiyyətin yalnız 50%-ni smslər təyin edir, digər 50%-i juri təyin edir. Ona görə də qələbə qazanmaq əvvəlki kimi asan deyil.

    Cavab yaz
  • Anonim
    Anonim · 18 May 15:0231

    Cingiz necenci yeri tutsa da qalibdi

    Cavab yaz
  • Anonim
    Ceyhun · 18 May 16:1846

    İnşəallah birinci yer tutmaz. Çünki istəmirəm o yarışma bir də bizdə keçirilsin. Səbəbini izah etməyə ehtiyac yoxdur. Çünki hamı bilir...

    Cavab yaz
  • Anonim
    Inci · 18 May 17:5020

    Eurovision saytina girib 20 nomrede Cingizin cixisina qulag asin. Ne qeder cox qulag assaniz bir o qeder yaxsidir. Trende girsin. Cox az izlenib. Hardadi bizimkiler?

    Cavab yaz
    • Anonim
      ?! · 18 May 22:3900

      Nətər girəy?

      Cavab yaz
  • Anonim
    Inci · 18 May 17:5220

    Deyerli milletim xahis edirem Eurovision saytinda Cingizin ifasini like liyin. Cox az baxis olub cox az. Hec olmasa 1milyon edek

    Cavab yaz
  • Anonim
    Inci · 18 May 17:5800

    Ovuc boydaki Malta ile eyni baxis sayi var bizde ayibdi. Hec olmasa trend de birinci olag

    Cavab yaz
  • Anonim
    Zyuma · 18 May 21:2100

    Ewq olsun AZERBAYCANIMIZA..Sag ol Zehracan...

    Cavab yaz
  • Anonim
    Emil · 19 May 00:3500

    Massonlarin idare etdiyi geyleri lezbilerin teblig olundugu bu yaris niye bu qeder size onemlidi bilmirem ,Allah gunahlarimizi bagislasin,ruzimizi bol etsin,torpagimiz azad olsun,esirlerimiz azad olsun,usaqlarimiz xosbext boyusun bunlarcun dua etmek lazimdi mence

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.