Maraqlı

“Tomas Kuk” “Brexit”-dən 1,46 milyard funt ziyana düşüb

18 May 2019 08:04
0 Şərh     Baxış: 426

İngiltərədə yerləşən səyahət və turizm şirkəti "Tomas Kuk" "Brexit"in gecikdirilməsi səbəbindən 1,46 milyard funt ziyana düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət bu müddət ərzində 21 mağazasını bağlayıb, həmçinin Sankt-Peterburqdakı mərkəzi ofisindən 150-dən çox işçisini ixtisar edib.

Qurumun baş icraçı direktoru Peter Fankhauzer bildirib ki, şirkət bir il ərzində ümumilikdə 1,46 milyard funt zərərlə üzləşib. O deyib ki, "Brexit"in yaratdığı siyasi qeyri-müəyyənlik səyahət planlarına da təsir edib.

"Tomas Kuk" şirkəti 2007-ci ildə yaradılıb. Holdinq Böyük Britaniya, Almaniya, Belçika və Skandinaviyada yerləşən bir neçə aviaşirkətə sahibdir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.