Maraqlı

“Google” “Avroviziya-2019”un mümkün qaliblərinin adlarını açıqladı

18 May 2019 08:53
2 Şərh     Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti istifadəçilərin axtarış sistemində ən çox verdikləri sorğular əsasında  "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin mümkün qaliblərinin reytinqini tərtib edib.   

"Əgər ölkələrə xallar onların təmsilçilərinin digər dövlətlərin sakinləri tərəfindən nə qədər aktiv axtarılmağına əsasən verilsəydi, siz artıq elə bu gün "Google Axtarış"ın istifadəçilərinin versiyasına görə kimin qalib gələcəyini öyrənə bilərsiniz", - deyə şirkətin relizində bildirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tərtib olunmuş reytinqə əsasən, qalib olmağa daha çox şansa Fransa təmsilçisi Bilal Hassani malikdir.

İkinci və üçüncü yerlərdə islandiyalı qrup "Hatari" və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.

Bundan savayı, ən yaxşıların onluğunda Hollandiya, Belorus, İsveçrə, İtaliya, San-Marino, İsveç və Kipr təmsilçilərinin adları çəkilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.