Maraqlı

Tez-tez sidiyə getmək, ağızda quruluq: Bu əlamətlər varsa...

25 May 2019 21:45
1 Şərh     Baxış: 8 130

Dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri şəkərli diabetdir. Çox zaman gizli inkişaf edən diabetə ildən-ilə daha geniş rast gəlinir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, problem hətta uşaqlarda, yeniyetmələrdə ciddi fəsadlara səbəb olur. Həkimlərə görə, əslində şəkəri vaxtında aşkarlamaq və fəsadlarının qarşısını almaq olar. Bunun üçün bu əlamətlərə diqqət etmək lazımdır:

Tez-tez sidiyə getmə və sidik qaçırma

Həddən artıq susama

Ağızda quruluq

Normal qidalanma olduğu halda sürətlə arıqlama

Halsızlıq

Diqqəti cəmləyə bilməmək

Gün ərzində yuxulu olmaq

Bundan başqa, şəkərin yaranmaması, risklərdən uzaq olmaq üçün normal səhər yeməyi yemək, qidalanma porsiyalarını azaltmaq, gün ərzində çoxlu tərəvəz, taxıl məhsulları qəbul etmək, bol su içmək tövsiyə edilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ŞAH · 26 May 20:1110

    MƏN NƏYİ DEYƏRDİM CALIŞIN KONTRAST DUŞ QƏBUL EDİN.SAĞLAM OLACAQSIZ ƏZİZ XALQIM SOYUQ SUDAN QORXMAYIN İSTİ SONRA TAMAM SOYUQ -SONRA İSTİ --BÜTÜN XƏSTƏLİKLƏRƏ QALİB GƏLƏCƏKSİZ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.