Maraqlı

Günəş eynəkləri alanda bunlara diqqət edin – OFTALMOLOQ açıqlayıb

25 May 2019 23:10
0 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Günəş eynəkləri seçərkən görünüşə deyil, keyfiyyətə üstünlük verilməlidir".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, uzman həkim Fariz Sadıqov bildirib.

Həkim deyib ki, çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil. Eynək alarkən gözün forması nəzərə alınmalıdır: "Yaxşı olar ki, həssas olan insanlar gözün kənarlarını qapadan çərçivəli eynəklər seçsinlər. Günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin. Eynək seçərkən mütləq şüşəsinin ultrabənövşəyi qoruyucu xüsusiyyəti nəzərə alınmalıdır".

Mütəxəssis bildirib ki, eynəkləri şüşəsinin sertifikatına baxıb almaq lazımdır. Bunlar Uv-100%, Uv-98% və ya Uv-400 qoruyucu şüşələr olmalıdır. Yaxşı olar ki, eynəklər optika mağazalarından alınsın.

Onun sözlərinə görə, ikinci diqqət edilməsi vacib olan məqam, ətrafı rahat və şəffaf göstərən şüşə seçimi olmalıdır. Həkim, bunu nəzərə alaraq "palorate" (xüsusi şüşə adı) şüşəli eynəkləri məsləhət gördüyünü deyib. Çünki həmin eynəklər ətrafı aydın göstərir və gözləri yormur.

Rənglərə gəlincə, Günəşdən çox narahat olan həssas insanlara, tünd rəngli eynəklər tövsiyə edilir. Üst hissəsi tünd, alt hissəsi açıq şüşələrdən də istifadə edilə bilər. Amma həmin şüşələr çox qızmar gündə məsləhət görülmür.

Mütəxəssis, həmçinin sürücülərə tünd şüşəli eynəkləri o qədər də məsləhət görmədiyini deyib: "Çünki həmin eynəklər tunel kimi qaranlıq yerlərdə narahatlıq yarada bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.