Maraqlı

Ayaq burxulanda nə etmək lazımdır?

25 May 2019 19:20
1 Şərh     Baxış: 27 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oynaqlarda burxulmaya, əsasən də ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlinir. Yıxılanda, ehtiyatsız hərəkət edəndə baş verən bu hal daha çox ağrı, şişkinlik kimi əlamətlərlə özünü göstərir. Bizim burxulma dediyimiz bu hal əslində nədir? Bu kimi hallarda nə etmək lazımdır?

Milli.Az e-tibb.az-a istinadən bununla bağlıortoped-travmatoloq Sənan Aşirovun fikirlərini təqdim edir:

Aşıq-daban oynağı bağlarının gərilməsinə el arasında "ayağın burxulması" deyirlər. Oynaq bağları və vətərlərinə çox güclü (dartılma tipli) qüvvə təsir etdikdə onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağları cırılması da baş verə bilər.

Aşıq-daban oynağı bağlarının gərilməsinə, partlamasına adətən ayağın bayır tərəfində tez-tez rast gəlinir. Oynaq bağları bir sümüyü digəri ilə birləşdirməklə oynağın möhkəm, elastik və stabil olmasını saxlayır.

Aşıq-daban oynağı bağlarının zədələnməsi insan yıxıldıqda, birbaşa zərbə dəydikdə, idman yarışlarında, rahatsız ayaqqabılarla qaçdıqda və hamar olmayan yerdə yeridikdə baş verə bilər.

Ayaq burxulmasının əlamətləri bunlardır:

- ağrı

- şişkinlik

- qansızma

- çətinliklə yerimək

- oynağın hərəkətliliyinin azalması

Ayaq burxulması zamanı ilkin yadım belə olmalıdır:

Burxulma zamanı ağır fəsadlar ola biləcəyini nəzərə alıb, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər isə aşağıdakı ilk yardımı göstərə bilərsiniz.

- Sakitlik

Çalışın zədələnmiş ayağa rahatlıq verin. Zədələnmə baş verəndən sonra piyada gəzmək (yerimək) zədələnməni daha da artırır, vəziyyəti daha da pisləşdirir.

- Buz

Zədələnmə nahiyəsinə dəsmala bükülmüş buz qoyun. 15 dəqiqədən sonra həmin buzu kənara qoyun. Əgər həkimin gəlməsi, yaxud zərərçəkənin həkimə çatdırılması ləngiyirsə, 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoyun.

- Sarğı

Oynaq nahiyəsini elastik bintlə sarıyın. Bu ağrının və şişkinliyin azalmasına kömək edir.

- Yüksək vəziyyət

Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət verin. Bunun üçün ayağı qaldırıb yastığın və s. üzərinə qoymaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.