Maraqlı

"Hətta birincilik qazansaq..." - Faiq Ağayev Avroviziya haqqında danışdı

17 May 2019 19:14
1 Şərh     Baxış: 2 520

İsraildə keçirilən "Eurovision 2019" müsabiqəsi artıq start götürüb və ölkəmizi  təmsil edən Çingiz Mustafayev finala vəsiqə qazanıb.

Milli.Az xəbər verir ki, Adalet.az Xalq artisti Faiq Ağayevin təmsilçimizin çıxışı ilə bağlı fikirlərini öyrənib:

"Çingiz çox yaxşı çıxış etdi və ilk yarım-finallar sonrasında Qafqaz ölkələri arasında finala vəsiqə qazanan yeganə  ölkəyik. Həm ifa, həm nömrə quruluşu çox xoşuma gəldi. Mübaliğəsiz, ilk onluğa daxil olacağını düşünürəm.

Bilirsiniz ki, bu müsabiqədə ölkələr çox vaxt siyasi maraqlarını əks etdirən səsvermələr keçirirlər, amma hər şey ədalətlə olsa,  sırf ifa, mahnı, geyim, səhnə performansı nəzərə alınsa, əminəm ki, ilk beşliyə düşəcəyik. Hətta birincilik qazansaq, heç təəcüblənmərəm və çox sevinərəm. Sadəcə Çingizin iki güclü rəqibi olduğunu düşünürəm: biri Hollandiya, digəri isə Rusiya.

Qeyd edək ki, mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniy

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nurik · 17 May 19:4366

    Faiq 30 ildir oxuyur ancaq hələ peşəkar ifaçılığı bacarmır. Hicqira hicqira nəsə edir ancaq o oxumaq deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.