Maraqlı

Fitr bayramı gecəsinin və gündüzünün müstəhəbb əməlləri

18 May 2019 23:35
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu əməllər həm insana savab qazandırır, həm də İslamın və islami şüarların əzəmətinə xidmət edir

İslaminSesi.info - Mübarək ay sona yetdikdə, şəvval ayının birinci günü Fitr bayramı günüdür. Fitr bayramı İslam dininin ikinci böyük bayramıdır. Bütün dini bayramlar və bayram günləri dini ayinlər və xüsusi əməllərlə müşahidə olunduğu kimi Fitr gününün də özünə məxsus əməlləri vardır. Bu əmməllər həm insana savab qazandırır, həm də islamın və islami şüarların əzəmətinə xidmət edir.

Bayram gününün xüsusi əməlləri vardır ki, insanı ilahi rizayət məqamına ucaldır:

1-    Gecəni oyaq qalmaq

2-   Bayram gecəsi və gündüzü qüsl almaq. Gecənin qüslü məğribdən sübhə qədər, gündüzün quslu isə sübh azanından məğribə qədərdir. Amma ən münasib olan vaxt sübhdən bayram namazına qədər olan vaxtdır

3-   İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq

4-   Fitrə zəkatını vermək. Allah Rəsulu buyurub: Kim fitrə zəkatı vərərsə Allah onun orucunu tamam edər.

( Mən la yəhzurul fəqih. C-2. S-119 )

5-   Təkbirlər demək. Müstəhəbdir ki, bayram gecəsinin məğrib, işa namazlarından sonra, gündüz isə sübh, zöhr, əsr və bayram namazlarından sonra desin: Allahu Əkbər Allahu Əkbər, Lailahə illəllahu Vallahu Əkbər, Allahu Əkbər və lillahil həmd, Allahu Əkbər alə ma hədana.

6-   Həmən günün bayram namazı sübhdən zöhrə qədər qılınmalıdır. Ehtiyat budur ki, camaatla qılnsın. Müstəhəbdir ki, iftar etsin və fitrə zəkatını verib sonra namaz qılsın.

7-   Bayram namazını uca səslə qılmaq müstəhəbdir.

8-   Bayram namazına getmək üçün ağ geyinsin, ətirlənsin və məscidə aram və vüqarla getsin. Evdən çıxarkən dualar oxusun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.