Maraqlı

Albert Eynşteynin arvadı qarşısında qoyduğu sərt şərtlər

18 May 2019 21:25
3 Şərh     Baxış: 4 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə evlilik şərtləri razılaşması imzalamaq demək olar ki, andiçmə kimi adi bir şeydir. Evliklik andiçməsində sən "razıyam" deməzdən əvvəl, buraya, buraya və buraya imza atırsan.

Sazişlər evlilikdə yeni bir şey deyil. Evlənmək aktının özü qanuni birləşdirici sazişdir - nigah mərasiminin baş tutduğu yerdə bu saziş dövlətin, yaxud ölkənin tələblərini uyğun şəkildə yerinə yetirmiş olur. Məsələn, bir çox başqa qanunvericiliklərdə olduğu kimi Nyu York Şəhər qanunvericiliyinə görə də, "Əgər sizlərdən hansısa biri hələ də keçmiş həyat yoldaşı ilə qanuni nigahdasınızsa və ya yaş tələblərinə uyğun gəlmirsinizsə, onda yeni qanuni nigaha uyğun hesab edilmirsiniz".

Milli.Az bilge.az-a istinadən bildirir ki, tarix boyunca evlilik sazişləri zəngin və nüfuzlu ailələr tərəfindən sövdələşilib, birliyə daxil olan hər tərəfə ödənilən cehiz və mülkiyyət kimi qazanc və itkilər sənəddə imzalanmaqla nəzərə alınıb. Bugünün özündə də evliliyinin rəsmi olması üçün sənəd almalısan.

Heç də ölkələrin hamısı Evlilik Şərtləri sazişini qanuni hesab etmirlər

Bu gün nişanlı cütlüklər arasında gələcəkdəki istənilən mübahisədə xəyal qırıqlığına uğramamaq üçün rəsmi evlilik şərtləri sazişini - ümumi mülkləri ədalətli bölüşdürmək metodu kimi hər iki tərəfin razılıq verdiyi şəxsi saziş - istəyənlərin sayı artır.

Bu sazişdə cütlüklərin gələcəkdə böləcəkləri "olan"lar və "olmayanlar", "olar"lar və "olmaz"lar yer alır. Xüsusilə məşhurlar arasındakı evliliklərdə evlilik şərtləri sazişi getdikcə daha çox populyarlaşır.

Bəzi hallarda evlilik şərtləri sazişi oyuna daxil olur. Bunlar cütlüklərin evləndikdən sonra imzaladıqları sazişdə birliyinin davamlılığı və yaxşılaşması üçün müəyyən tələbləri özündə əks etdirən razılaşmalardır.

Tarixdə nüfuzlu adamların evlilik şərtləri sazişinin uğursuz, vəziyyəti daha da pisləşdirən nümunələri də var: bunlardan birini Albert Eynşteyn birinci arvadı Mileva Mariçə ünvanlamışdı. Eynşteyn Mariçlə 1896-cı ilin martında o, Zürihdəki Politexnik universitetində riyaziyyat və fizika sahəsində müəllimlik diplomu üçün dərs aldığı dövrdə tanış olmuşdu. Mariç haqqındakı qeydlərdə yazılır ki, o, "VI A Departamentində: Riyaziyyat və Fizika sahəsində tam proqramı bitirən ikinci qadın idi".

İllər ərzində onların iş maraqlarını birləşdirən dostluqları inkişaf etmiş və sonda 1903-cü ildə evliliklə nəticələnmişdi.

Mileva Mariç, Eynşteynin birinci arvadı

Onların birliyindən iki oğlan uşağı Hans və Eduard dünyaya gəlmişdi; amma onların bir-birlərinə göndərdikləri məktublara əsaslanan və cütlüyün evlənməsindən əvvəl doğulan evlilikdən kənar ilk uşaqla bağlı spekulyasiyalar da var. Bu qız uşağının taleyi məlum deyil.

11 illik birlikdən sonra isə cütlük aralarında heç bir romantikanın qalmadığı qərarına gəlmişdilər. Eynşteyn və arvadı məsələyə məntiqlə yanaşmağa razılıq vermişdilər. Onlar uşaqlarının rifahı naminə kəskin şəkildə ayrılmaq istəməmiş, birlikdə yaşamağa qərar vermişdilər.

Valter İsaakson Eynşteyn haqqındakı kitabında yazır ki, onun bəzi şərtləri vardı və onları siyahıya almışdı:

"Sən bunları nəzərə almalısan:

Mənim paltarlarım və əşyalarım qaydasında saxlanmalıdır;

Mən gündəlik 3 öyün yeməyimi öz otağımda qəbul edəcəm;

Mənim yataq və iş otağım təmiz olmalı və masamdan yalnız mən istifadə etməliyəm.

Sən mənimlə olan bütün şəxsi əlaqələrdən imtina edəcəksən, çünki onların heç bir sosial əhəmiyyəti yoxdur. Xüsusilə sən bunlardan yayınmalısan:

Səninlə bir evdə qalmağımdan;

Səninlə birgə səyahət etməkdən.

Sən özünün mənimlə münasibətlərində bu detalları nəzərə almalısan:

Sən məndən intim münasibət gözləməməlisən,

Heç bir halda mənə yaxınlaşmamalısan;

Əgər istəsəm, mənimlə danışmağı dayandırmalısan;

Əgər rica etsəm, heç bir etiraz etmədən mənim yataq, yaxud iş otağımı tərk etməlisən.

Sən uşaqların qarşısında məni sözlə və yaxud davranışla alçaltmamalısan".

Siyahı qısa və birbaşa olduğundan çətin hesab olunmalıdır. Bunu ərin öz arvadına yazdığını nəzərədə, daha kəskin səslənir. Hər bir halda Mileva bu şərtlərlə əvvəlcə razılaşıb.

Bununla belə, məntiq sevgiyə, yaxud onun yoxluğu kimi güclü emosiyaya diqtə edə bilməz. Bir neçə aydan sonra Mileva fikrini dəyişdirmişdi. İki oğlunu özüylə götürməklə o, Berlində ərini tərk etmiş və Zürihə köçmüşdü. Onlar rəsmi olaraq beş il sonra boşandılar, ondan sonra bir də bir-birlərini heç vaxt görmədilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.