Maraqlı

Avropanı həyəcanverici erotik rəsmləri ilə silkələyən Eqon Şile

18 May 2019 19:25
4 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eqon Şile, qısa ömrünə rəğmən iyirminci əsrdə Modern fiqurativ rəsm üzərində böyük təsiri olan Avstriyalı Ekspressionist rəssam idi. İnsan cinsiyyətinin cəsarətli təsvirlərinə görə bu günə qədər cazibə və mübahisə mövzusu olaraq qalır.

Milli.Az bilge.az-a istinadən bildirir ki, dostu və müəllimi olmuş Qustav Klimtdən fərqli olaraq, kompozisiya baxımından Şilenin tabloları və rəsmləri çılpaq, mübaliğəli əzələlərə, əl və qollara xüsusi diqqət yetirən yeni tərz insan fiqurunun təmsilidir: barmaqlar, saçlar, döşlər və cinsiyyət xüsusi diqqət ilə çəkilib. 1890-cı il iyunun 12-də Avstriya-Macarıstan imperiyasında doğulmuş Şilenin şəxsi həyatı həyacan, faciə və ölüm ilə bitir. Atası 1905-ci ildə siflisdən öldükdən sonra Şile görkəmli rəssamlar Edvard Munk və Vinsent Van Qoq ilə tanış olduğu Vyanaya köçdü. Eqon Şilenin mirası inanılmaz dərəcədə təsirlidir və əsərləri New York Modern Sənət Muzeyi və Vyana şəhərinin önəmli qaleriylarında saxlanıılır.

Sənətçi olmağın mənası və nəyə görə vizyonerlər həmişə azlıqdan gələnlər deməkdir haqqında esse.

"Dünyadakı hər şeydə gözəlliyi görənlərə həsəd aparıram"- Eqon Şile

Bir sənətçi olmaq - iç dünyaya və zahiri dünyaya - xüsusi bir istiqamətə sahib olmaqdır; bunun tam dəqiq tərkibi bir qədər temperatur kimidir, özü olmaqdan imtina etmədən fərdi fenomenoloji komponentləri analiz etmək mümkün deyil. Bəlkə də bu səbəbdən sənətçi olmağın nə anlama gəldiyi sualı, ən dərin qavrayışları ilə bir-birlərini tamamlayan, amma təbii olaraq tamamlanmamış saysız nəzəriyyəyə mövzu olmuşdur. Ceyms Balvin üçün, bir sənətçi olmaq "bir növ duyğusal və mənəvi tarixçi" olaraq xidmət etmək anlamına gəlirdi; Georgiya O'Keeffe üçün "bilinməyəninizi bilinən hala gətirmək... və bilinməyənləri hər zaman üfüqdə saxlamaq" anlamına gəlirdi; Sənətçi Albert Kamyu üçün təhlükəli formada yaratma cəsarəti bəxş edilmiş insandır; E.E. Kumminqs üçün, bir kəsin özü olması cəsarətidir. Virciniya Vulf isə sənətçinin "şok yaşamaq kapasitesinin" olmasının vacibliyinə inanırdı.

Sənətçilərin iç dünyalarındakı ən dərin düşüncələrə əlavə edilməsi gərəkən vizyon sahibi Eqon Şile - gənc hamilə həyat yoldaşının həyatını özünkündən üç gün əvvəl almış, o zaman İspan qripi adlanan ölümcül virusa tutularaq iyirmi səkkiz yaşında ölən qeyri-adi dahi və yaradıcı cəsarəti olan rəssam idi. 1912-ci ildə Avropa, Şilenin həyəcanverici erotik əsərlərinin sərgisinə görə silkələndi, iyirmi bir yaşında olan Şile 'ədəbsizliyə' görə həbs edildi və iyirmi dörd gün, məhkəməyə qədər həbsdə qaldı. İttihamları sona çatdı, amma həbs zamanı polis sadə studiyasına basqın etdi və pornoqrafik hesab etdikləri yüzdən çox rəsmi müsadirə etdi. Həmin yay, Şile hələ də onu silkələyən bu hadisənin təsiri altında olduğu vaxt, bu dünyanı yeni gözlərlə görməyə bizi dəvət edənlərə düşməncə münasibət göstərən ədavətli dünyada sənətçi olmağın mənasını düşünürdü.

Eqon Şiledən tapılan bir məktubda: 'Şeirlər və məktublar' (1910-1912), o, yazırdı:

"Dünyanı sadəlöv və təmiz gözlərlə müşahidə etmək və böyük bir fəlsəfə əldə etmək üçün yaşamaq lazımdır; - bu canlı məzhəbdir - həqiqi mənəviyyat, bəzilərinə öz ürəyini oxumaq üçün xoş gələ biləcək, ancaq dünyada tamamilə yararsız olduğunu sübüt edən kitabdır; başqa sözlə bu dünyada kitablar vasitəsilə yaşaması gərəkənlər və özlərindən ibarət olanlar var; - kim daha yaxşıdır? - bu aydındır - çox az kəs günəşi görür ancaq çox kəs romanlar oxumalıdır ki, nəhayət orada işığın olduğunu görə bilsinlər."

Filosof Kierkegaardın, "həqiqət azlıqla bağlıdır ... çünki heç bir fikri olmayan dəstələr tərəfindən yaranmış əksəriyyətin qüdrəti, illuziyadır" fikirlərindən onilliklər sonra, Şile də azlıqda olan vizyonerlərin gücünü önəmli hesab edirdi:

"Çoxluq" bir-birindən asılı olan insanlardır, "azlıq" dünyanın birbaşa rəhbərləridır, çünki onlar yalnız yeni olanları təqdim edirlər və buna görə də qəbul olunmurlar; Böyük ruh kiçik olanı eyni dərəcədə böyük görmək istəyərkən, kiçik ruh sonsuza qədər ətrafdakı hər kiçik ruhu kölgələmək istər- bu, iradənin və başqa nəsə bir şeyin olmamasıdır ...

Eqon Şilenin ölümünün 100 illik ildönümü, #MeToo hərəkatı ilə eyni ilə təsadüf etdi. Xatirə sərgiləri Moskvada, Bostonda, Vyana, Parisdə, Londonda, Liverpulda və Nyu-Yorkda keçirildi. Davam edən cinsi təcavüzə diqqət çəkən Boston Gözəl Sənətlər Muzeyi, rəssamın Klimt və Şile sərgisi üçün qadınların pis münasibət gördüyü iddiasına xitab edən divar etiketlərini əlavə etməyi uyğun hesab etmişdi. Şile əlbəttə ki, feminist deyildi. O, ÖZ qərarsızlığını əks elətdirən, cinsəlliyinə cəsurca hakim olan qadınların qarışıq duyğularını yaratmışdı. Bu cinsəllik həqiqətən bir növ super güc idimi yoxsa qadın cazibəsinin patriarxiyaya qaçılmaz təslimçiliyi idimi? Böyük sənətin qalıcılığı isə, bəsit formulalarda deyil, bu cür suallar yaratmış əsərlərin dərinliyində yatmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.