Maraqlı

Instagram-da Direct bağlanacaq

18 May 2019 08:31
0 Şərh     Baxış: 1 192

"Instagram" komandası yaxın həftələr ərzində mesajlaşmaq üçün "Direct" mobil proqramının dəstəyini dayandırmaq niyyətindədir. Bu mobil proqramla bağlı bütün işləmələr əsas proqrama daşınacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, biz "Direct" mobil proqramı üzərində sınaqları dayandırdıq və "Instagram Direct"i dostlarla ünsiyyət üçün ən yaxşı yer etməyə davam edəcəyik, - sosial şəbəkənin nümayəndəsi "TechCrunch" nəşrinə deyib.

O, sözügedən proqramın bağlanması haqda məlumat verməyib.

Xatırladaq ki, "Direct" mobil proqramı 2017-ci ilin dekabrında istifadəyə verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.