Maraqlı

Yarımkeçiricilər bazarının həcmi 7,2 faiz azalacaq

18 May 2019 08:11
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"International Data Corporation" (IDC) analitik şirkəti 2019-cu ildə dünya yarımkeçirici məhsullar bazarında əhəmiyyətli azalma proqnozlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sahədə son üç ildə artım qeydə alınıb. 2018-ci ildə onun həcmi təxminən 474 milyard dollara çatıb. Bununla yanaşı, 25 aparıcı yarımkeçirici məhsullar tədarükçüsü pul ifadəsində bazarın 80 faizinə nəzarət edir.

Şirkətin proqnozlarına görə, bu il məhsulun tədarük həcmi pul ifadəsində 7,2 faiz azalacaq. Nəticədə 2019-cu ilin yekunları üzrə bazarın həcmi 440 milyard dollar səviyyəsində olacaq.

Müşahidə edilən mənzərə qismən izafi istehsal və anbarlarda çoxlu satılmayan məhsulun yığılıb qalması, eləcə də ümumilikdə tələbatın zəifləməsi ilə izah edilir.

Analitiklər tərəfindən 2019-2020-ci illərdə "DRAM" və "NAND" yaddaş kartları seqmentində satışın azalacağı proqnozlaşdırılır. Bununla belə, yaddaşla əlaqəsi olmayan yarımkeçiricilər seqmentində bu il 1 faiz (319 milyard dollaradək) artım gözlənilir.

Növbəti illərdə sahənin tədricən bərpası proqnozlaşdırılır. 2023-cü ildə yarımkeçirici məhsulların tədarük həcminin pul ifadəsində 524 milyard dollara çatacağı ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.