Maraqlı

Google Translate-də əlavə reallıq olacaq

18 May 2019 07:41
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Translate" servisində son illərin ən böyük yenilənməsi həyata keçirilərək əlavə reallığa əsaslanan funksiyaların - mobil qurğunun kamerası vasitəsilə tərcümə imkanının istifadəyə veriləcəyi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda "Google Translate" proqramı işə salınan və smartfonun kamerası tanış olmayan dildə mətnə yönəldilən zaman ilk növbədə dil və tərcümə ediləcək mətnin seçilməsi tələb olunur. Bu isə rahat deyil.

Lakin gələcək "Google Translate" versiyasında əlavə reallıq vasitəsilə dili və şəkil üzərində mətni avtomatik müəyyənləşdirmək mümkün olacaq. Bu, istifadəçiyə proqramı işə salaraq əlavə reallıq rejimini qoşmaqla lazımi tərcüməni etməyə imkan verəcək.

Virtual reallıq funksiyası ilə işləyəcək "Google Translate" servisinin yenilənmiş versiyasının istifadəyə verilmə vaxtı barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.