Maraqlı

Windows XP yeniləndi

18 May 2019 07:11
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti dəstəyi 2014-cü ildə dayandırılmış "Windows XP" əməliyyat sistemi üçün təcili yeniləmə paketi çıxarıb. Mütəxəssislər ehtiyat edirlər ki, sözügedən sistemdə aşkar edilmiş ciddi boşluq 2017-ci ildə "WannaCry" virusunun səbəb olduğu epidemiyaya gətirib çıxara bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2 il əvvəl sözügedən troyan virusu dünyada "Windows" sisteminin idarəetməsi altında işləyən on minlərlə kompüterə zərər vurub. 72 saat ərzində 150 ölkədə əməliyyat sistemlərinə zərər dəymişdi. "WannaCry" virusu fayllara girişi bloklayırdı, yalnız ödəniş edildikdən sonra blok aradan götürülürdü.

Aşkar edilmiş boşluq "XP" sistemindən başqa, dəstəyi 4 il əvvəl dayandırılmış "Windows 2003"-də qeydə alınıb. Həmçinin "Windows 7", "Windows Server 2008 R2" və "Windows Server 2008" istifadəçiləri təhlükə altındadırlar. Virus "Windows 8" və "Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün heç bir problem yaratmır.

Dəstək müddətinin bitməsinə baxmayaraq, köhnə əməliyyat sistemləri müəssisələrdə geniş istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.