Maraqlı

Yaponiyada yeni sürətli qatarın səhra sınaqları keçirilib

17 May 2019 22:35
0 Şərh     Baxış: 691

Yaponiyada sürətli "Şinkansen" ekspressinin yeni modelinin səhra sınaqları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2030-cu ildə kütləvi istismarına başlanması planlaşdırılan qatar saatda 360 kilometr sürətlə hərəkət edib.

Qeyd edək ki, ALFA-X adlandırılacaq yeni qatarın işçi modeli ilk dəfə sınaqlar zamanı jurnalistlərə təqdim edilib. Onlar ölkənin şimal-şərqində yerləşən "Morioka" stansiyasına yaxınlaşan tünd-boz rəngli qatarın fotolarını çəkiblər.

"JR East" şirkətinin hazırladığı ALFA-X modelinin əsas vaqonunun uzunluğu 16 metrə çatır. Qatarın quyruq hissəsində yerləşəcək müqavimət sipərinin uzunluğunun 22 metr olacağı bildirilir. Hər iki nümunə sınaqdan keçirildikdən sonra "JR East" şirkəti kütləvi istehsal üçün modelin son parametrlərini müəyyən edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.