Maraqlı

Məşhur aktyor Betmen rolunu canlandıra bilər

17 May 2019 22:26
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Robert Pattinson 2021-ci ildə çıxması nəzərdə tutulan Metta Rivzanın filmində Betmen rolunu canlandıracaq əsas namizəddir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aktyorun filmdə çəkilməsi üçün danışıqlar gedir. Belə ki, 32 yaşlı Robert Pattinson böyük ekranda superqəhramanı canlandıran ən cavan aktyor ola bilər. Ancaq "Warner Bros" kinokampaniyası bu məlumatı ictimailəşdirmir.

Qeyd olunur ki, filmin çəkilişləri cari ilin son aylarına təsadüf edəcək.

Əvvəllər Robert Pattinson "Yaxşı vaxtlar", "Kosmopolis" kimi filmlərdə çəkilib. Müxtəlif illərdə çəkilən Betmen roluna isə Adam Vest, Maykl Kiton, Corc Kluni, Vel Kilmer, Kristian Beil, və Ben Aflek kimi aktyorlar dəvət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.