Maraqlı

Naməlum heyvanın qalıqları tapıldı - VİDEO - FOTO

17 May 2019 10:29
0 Şərh     Baxış: 3 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatında yaşayan Kelli Qrraxan evinin yaxınlığında naməlum heyvanın qalıqlarını tapıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, naməlum heyvanın baş forması və dişləri itə bənzəyir. Amma quyruğu və qəribə pəncələri isə başqa heyvan olduğundan xəbər verir. Naməlum heyvanın uzunluğu 50 sm-dir.

Kelli sevgilisi ilə birlikdə naməlum heyvanın fotolarını çəkib internetə yükləyiblər. Bəziləri bunun koyota, bəziləri komod varanına bənzədiblər. Opossuma və əfsanəvi çupakabra bənzədənlər də tapılıb. 

Qrraxan və onun sevgilisi fotoları vəhşi təbiətin mühafizəsi idarəsinə də göndəriblər. Ekspertlərin fikrinə əsasən, bu, hansısa hibrid və ya mutant heyvanın qalıqlarıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.