Maraqlı

Rusiyanın kosmik aparatlarına dair məxfi materiallar internetə sızdırılıb

16 May 2019 23:09
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə Rusiyanın kosmik aparatları, onların yaradılması və buraxılışı ilə bağlı daha əvvəl məlum olmayan informasiyalar paylaşılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, peyklərin bir sıra elementlərini hazırlayan "Roskosmos"un tərkibindəki "Saturn" şirkəti  informasiyanı təsdiqləyib və paylaşımı qeyri-qanuni adlandırıb.

"Məlumat qanunsuz olaraq yerləşdirilib. Biz məlumatı kimin paylaşmasını müəyyən etmək üçün müvafiq addımlar atacağıq", - "Saturn"un baş konstruktoru Sergey Lixonosov bildirib.

Qeyd edək ki, dünən Rusiyanın "Roskosmos" kosmik agentliyinin top-meneceri Yuri Yaskinin ölkədən qaçması barədə xəbər yayılıb.

Məlumatda qeyd edilir ki, Yuri Yaskinin rəhbərlik etdiyi mərkəz  "Roskosmos"un "beyni" sayılacaq qədər önəmli müəssisədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.