Maraqlı

Arterial qanaxmanı dayandıra bilən gel yaradıldı – VİDEO

16 May 2019 12:30
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aparılan tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb.

Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.

Lakin bir müddət əvvəl çinli alimlər hər iki problemi çözmüş hidrogel ərsəyə gətirib. Qanaxmaya qarşı hidrogel su, jelatin və müxtəlif zülalların sintezindən ibarətdir. Onun strukturu insanın birləşdirici toxumasına maksimal dərəcədə yaxındır.

Gelə ultrabənövşəyi şüa dəyəndə, bərkiyərək genişlənir və yaranı dərhal bağlayır. Beləcə, damarda qanaxmanın qarşısı alınır. Alimlərin dediyinə görə, unikal hidrogel 290mm-ə qədər olan təzyiqə tab gətirə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.