Maraqlı

Britaniyada yol təhlükəsizliyi ilə bağlı uşaqlar üçün xəbərdarlıq məqsədilə "Disney" qəhrəmanlarının təsvirlərindən istifadə ediləcək

17 May 2019 06:30
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq rəmzlərinə uşaqlar üçün "Disney" qəhrəmanlarının təsvirləri də əlavə ediləcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kampaniya "Disney Junior" və yol hərəkəti təhlükəsizliyi təşkilatı olan "Brake" arasında əməkdaşlıq şəraitində həyata keçirilir.

Britaniyanın rəsmi yol işarəsi dizayneri Marqaret Kelvert "Disney"in Mikki Maus, Mini Maus və Donald Dak kimi məşhur simvollarının yeni dizaynlarını hazırlayıb.

O bildirib ki, bu, valideynləri və uşaqları yollarda təhlükəsiz hərəkətə təşviq etməyi nəzərdə tutan kampaniyanın bir hissəsidir.

Məktəblərin və uşaq bağçalarının ətrafına yerləşdiriləcək təsvirlərin balacaların yol hərəkəti qaydalarına əməl etmələrinə töhfə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.