Maraqlı

Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin meyidi ilə tək qalıb - FOTO

16 May 2019 08:43
0 Şərh     Baxış: 6 033

Kiyevdə polislər daxil olmuş zəng əsasında getdikləri mənzildə dəhşətli mənzərənin şahidi olublar. 2 yaşlı qız bir neçə gün ölmüş valideynləri ilə birlikdə Pavel Tıçin prospektində yerləşən mənzildə, bağlı qapılar arxasında tək qalıb. Bu barədə izvestiya.ru məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, polisə uşağın nənəsi müraciət edib. O qızından xəbər ala bilmədiyini deyincə polislər verilən ünvana gəliblər. Qapı arxasından gələn kəskin iy polislərə qapını qırmağa səbəb verib.

Mənzildə 1985 və 1991-ci il təvəllüdlü ər-arvadın meyitləri, eləcə də onların 2017-ci ildə anadan olmuş qızları sağ vəziyyətdə tapılıb. Meyitlərin üzərində hər hansı zorakılıq əlaməti görünməyib. İlkin ehtimallara görə, azyaşlının valideynləri narkotik maddədən istifadə etdikləri üçün ölüblər.

Hazırda ekspertiza ər-arvadın ölüm səbəblərini araşdırır. Uşağın özünü yaxşı hiss etdiyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.