Maraqlı

İmam Əli (ə) hökumətinin əsas işi – yoxsulluqla mübarizə aparmaq idi

18 May 2019 22:20
1 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əlinin (ə) hökumət etdiyi zamanlarda ən böyük səyi - ədaləti bərpa edib, cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq olmuşdur. İmamın (ə) nəzərinə görə, hökumətin ən böyük vəzifəsi - iqtisadiyyatı inkişaf etdirib, insanların rifahını yaxşılaşdırmaq olmalıdır.

Ona görə də insanlara xitab edərək buyurur: "Ey insanlar! Mənim sizin üzərinizdə haqqım vardır. Sizin də mənim üzərimdə haqqınız vardır.

Sizin mənim üzərimdə olan haqqınız odur ki, mal-dövlətinizi, gəlirlərinizi artırım və onu sizə çatdırım. Ey insanlar, mənə işimdə yardım edin. Planlarımı həyata keçirtməkdə kömək edin. Allaha and olsun ki, zülm görmüş insanın dadına çataram və ona zülm edənin cilovunu toplayaram. Onu haqq mənzilinə tərəf çəkərəm".

İmam Əlinin (ə) nəzərinə görə yoxsulluq ağıla, imana və əqidəyə dəhşətli mənfi təsirlər qoyur. İmam Əli (ə) öz oğlu Muhəmməd Hənəfiyyəyə buyurur: "Əziz oğlum! Sənin yoxsul olmağından qorxuram. Allaha pənah apar ki, yoxsulluq dində nöqsana səbəb olar, ağılı avara edər, düşmənçilik icad edər".

Ona görə də Həzrət Əli (ə) həmişə buyurardı: "Yoxsulluq - böyük ölümdür".

İmam Əli (ə) hökumətin əsil hədəfini ədalətdə görürdü. Çünki əgər ədalətə riayət olunarsa, cəmiyyətin hər bir fərdi yoxsulluq kimi bir xəstəlikdən nicat tapar və rufaha çatar. Ona görə də Həzrət Əli (ə) buyurur: "Ən üstün siyasət - ədalətdir".

Ədalət olan yerdə imanda olar, əqidə də olar, sağlam ağıl da olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.