Maraqlı

Ramazan – tövbə və istiğfar ayı

18 May 2019 22:50
0 Şərh     Baxış: 656

Mübarək Ramazan ayının ən mühüm gündəlik hədəflərindən biri bizim təqvalı olmağımızdır. Qurani-Kərimin oruc ayəsində buyurulur: لَعَلَّكُمْ تَتَّقُونَ - "Oruc sizə vacib edildi ki..., (bunun vasitəsilə) təqvalı olasınız." (Bəqərə/183.)

Milli.Az maide.az-a istinadən bildirir ki, müqəddəs şəriət tərəfindən tövsiyə olunan və tapşırılan Ramazan ayının əməllərinə diqqət yetirdikdə, orucun vacibliyi ilə bərabər, nadanlıq, cahillik və Allah eləməmiş səhlənkarlıqdan yerinə yetirdiyimiz xətalara görə tövbə və istiğfar etməyin, aləmlərin Rəbbindən əfv və məğfirət diləməyin bizim üçün daha çox əhəmiyyət daşıdığının şahidi oluruq. ("Dər sayesare Rəməzan", Ayətullah Xameneinin çıxışları - 1376/10/26.)

Ramazan ayı rəhmət yağışı tək bizim həyat mühitimizə yağmaqdadır. Həyat mühitimizdə, canımız və qəlbimizdə öz əlimizlə yer tutan aludəliklər, ifratçılıqlar, paslıqlar və çirkinlikləri yuyur, mühiti təmizləyir və qəlbləri nuraniləşdirir. ("Dər sayesare Rəməzan", Ayətullah Xameneinin çıxışları - 1378//10/4.)

Bu ay ilahi ziyafət ayıdır. Bu ayda Allahın Öz bəndələrini mənəvi olaraq qəbul edir; rəhmət və məğfirət qapılarını açıq qoyur, bu ayda oructutan bəndələrinin ruhu saflaşdıran, qəlbin paklığına səbəb olan yaxşı əməllərinin savabını qat-qat artırır. İmam Səccad (ə) bir xütbəsində buyurur:

شَهْرُ الْطَّهُورِ وَ شـَهـْرُ الْتـَمـْحِیصِ

"Ramazan ayı paklıq və imtahan ayıdır." (Səhifeyi-Səccadiyyə, dua 44.)

Ramazan ayı məğfirət ayıdır. Çünki Allah-Taala istiğfarı və günahların bağışlanmasını diləməyi ilin başqa aylarından daha çox bu ayda Öz lütf və inayəti sayəsində qəbul edir. Elə bu səbəbdən, bir rəvayətdə belə buyurulur:

فَمَنْ لَمْ یُغْفَرُ لَهُ فى رَمَضانِ فَفِى اَىِّ شَهْرٍ یُغْفَرُ لَه

"Hər kim (ilahi rəhmət və məğfirətin insanların üzünə açıldığı) Ramazan ayında bağışlanmasa (ilahi rəhmət və məğfirətə şamil olmasa), bəs, hansı ayda bağışlanmağa müvəffəq olacaq?" ("Dər sayesare Rəməzan", Ayətullah Xameneinin çıxışları - 1384//7/29.)

İlahi rəhmət və məğfirət ayı olan mübarək Ramazan ayının daxil olması ilə biz də səhlənkarlıqlarımızı, əyriliklərimizi, çirkinliklərimizi və pisliklərimizi vücudumuz və daxilimizdən uzaqlaşdıraq; yəni tövbə və istiğfar edək. Tövbə və istiğfar, yəni Allaha qayıdış; yəni pisliklərə arxa çevirmək; yəni əməl və rəftarımızda çevriliş və dəyişiklik.

وَ اَنِ اسـْتـَغـْفـِرُوا رَبَّكـُمْ ثـُمَّ تُوبُوا اِلَیْهِ یُمَتِّعكُمْ مَتاعَا حَسَنَا اِلى اَجَلٍ مُسَمَّىً وَ یُوتِ كُلَّ ذِى فَضْلٍ فَضْلَهُ

"Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra (tövbə edərək) Ona tərəf qayıdın ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (əməlinin mükafatını) əta etsin..." ("Hud"/3.)

Tövbə edib Allaha doğru qayıtmağımız, özümüzü və daxilimizi islah etməyimiz səbəb olar ki, Allah-Taala da Öz fəzli, rəhməti, bərəkəti, qüdrət və izzətini həmişəkindən daha da çox bizə nazil etsin və bütün təbəqələr - istər mənim kimilər və vəzifədə çalışanlar, istərsə də digərləri bu dönüş və islaha möhtacdırlar. Əlbəttə, hamıdan çox biz (vəzifə sahibləri, məmurlar) özümüzə gəlməli, özümüzdə yenilik və dönüklük yaratmalı, öz vücudumuzda nəfsi istəklərin hakimiyyətini aradan qaldırmalıyıq. ("Dər sayesare Rəməzan", Ayətullah Xameneinin çıxışları - 1369//1/1.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.