Maraqlı

Qəzaya uğrayan avtomobildən bir milyon avro tapılıb

15 May 2019 21:26
0 Şərh     Baxış: 623

İspaniya Mülki Qvardiyası Qranada əyalətində qəzaya uğrayan avtomobildə bir milyon avro aşkarlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Uetor-de-Santilyan bələdiyyəsinin ərazisində qeydə alınıb. Mülki Qvardiyanın əməkdaşları sürücünü və iki sərnişini əzilmiş avtomobildən çıxarıb. Onların hamısı Litva vətəndaşlarıdır. Sürücünün narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Həmçinin qvardiyanın komendantlığına aparılan minivendə 1 milyon avro aşkarlanıb.

Əgər vəsaitin qanunsuz olduğu sübut edilsə, litvalılar pulların yuyulmasında ittiham oluna bilərlər. Eyni zamanda, böyük məbləğdə pulu daşımaq üçün ilkin sorğu göndərmədiklərinə görə onları cərimə gözləyir. Belə ki, İspaniya qanunvericiliyinə əsasən, ölkə daxilində yalnız 100 min avroya qədər pul aparmaq olar. Xaricə isə deklarasiyasız maksimum 10 min avro məbləğində vəsait çıxarmağa icazə verilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.