Maraqlı

“Eurovision”u niyə boykot edirlər? - FOTO

15 May 2019 18:49
1 Şərh     Baxış: 1 214

64-cü "Eurovision" mahnı müsabiqəsi İsraildə boykot sədaları altında baş tutub. 

Milli.Az "qafqazionfo"ya istinadən xəbər verir ki, ötən gün yarımfinalın keçirildiyi vaxt Təl-Əviv Ekspo Mərkəzinin qarşısına yüzlərlə insan toplaşıb. 

Onlar Fələstini dəstəkləyən lövhələr qaldıraraq müxtəlif şüarlar səsləndiriblər. Qeyd ediblər ki, İsrail Fələstinda insan hüquqlarını kobud şəkildə pozur. Aksiyaçılar dəfələrlə layihəyə gələn sənətçilərə və yarışma təşkilatçılarına boykotla bağlı müraciət etdiklərini bildiriblər. 

Hətta final gecəsi fəxri qonaq kimi səhnəyə çıxacaq dünya ulduzu Madonnaya belə açıq məktub göndərdiklərini, lakin sənətçinin "Musiqini siyasətə alət etməyəcəm" cavabını verdiyini qeyd ediblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 15 May 23:2910

    Kime lazimdiye bu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.