Maraqlı

15 may Beynəlxalq Ailə Günüdür

15 May 2019 21:02
1 Şərh     Baxış: 512

Son onilliklər ərzində dünyada baş verən qlobal proseslər, o cümlədən demoqrafik tendensiyalar ailə strukturuna da təsirsiz ötüşməyib. Bununla belə BMT əvvəllər olduğu kimi, indi də ailəni cəmiyyətin özəyi hesab edir. Dünya miqyasında qeyd edilən Beynəlxalq Ailə Günü ailələrlə bağlı problemlərin müzakirəsinə, sosial, iqtisadi və demoqrafik proseslərin fonunda onların həlli yollarını müəyyən etməyə imkan verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT xüsusi maarifləndirici tədbirlərin, o cümlədən milli ailə günlərinin keçirilməsini dəstəkləyir. Bir çox ölkələrdə ailə və cəmiyyət münasibətlərini, ailələrin sosial problemlərini müzakirə etmək üçün toplantılar keçirilir. Bununla yanaşı, seminarlar və konfranslar, radio və televiziya proqramlarında debatlar, qəzetlərdə məqalələrin dərc olunması da təşkil edilir.

BMT builki Beynəlxalq Ailə Gününün mövzusunu "Ailələr və iqlim dəyişmələri ilə mübarizə" elan edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 21:2630

    Bıyyy,,, bes bunu tezden den yazardiniz daaaa gün qurtardi kii, belke tort zad bisiren olacakdi aile günün qeyd etməyəə dəəəə aaaaaaa ((((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.