Maraqlı

Yaponiyada yeni superkompüterin komponentləri ictimaiyyətə təqdim olunub

15 May 2019 21:50
0 Şərh     Baxış: 775

Yaponiyalı tədqiqatçılar dünyada ən sürətli yeni nəsil superkompüterin əsas komponentlərini ictimaiyyətə təqdim ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "RIKEN" Tədqiqat İnstitutu və elektronika sahəsində tanınmış "Fujitsu" şirkətinin ümummilli layihə çərçivəsində hazırladığı yeni kompüter hazırda Yaponiyda istifadə edilən "K" superkompüterinin xələfi olacaq. Bildirilir ki, yeni nəsil superkompüterin yığılmasına cari ilin martında başlanılıb.

Yeni superkpmpüterin müəllifləri kütləvi-informasiya vasitələrinin nümayəndələrinə yeni kompüterin mərkəzi prosessor blokunu nümayiş etdiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, yeni kompüterin mərkəzi prosessor bloku məlumatları "K" modelinin blokundan 20 dəfə sürətlə işləyəcək.

Yeni kompüterin "RIKEN" İnstitunun Kobe şəhərində yerləşən "K" modelini əvəz edəcəyi planlaşdırılır. Yaponiya hökuməti yeni superkompüteri 2021-ci ildən istifadə etməyi nəzərdə tutur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.