Maraqlı

"Əməliyyat fotolarımı paylaşacağam" - pərt olan şou ulduzu - FOTO

23 May 2019 22:01
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada populyar TOWIE realiti-şousunun sabiq ulduzu Cemma Kollinnz hazırda ABŞ-dadır. Onun Los-Ancelesdə aparıcılıq etdiyi teleşou sürətlə məşhurlaşır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən sevgilisi Conatan Çebanla birlikdə Beverli-Hillzdə gəzintiyə çıxmış 38 yaşlı C.Kollinz reportyorlarla qarşılaşıb. Bu zaman geyimi sabiq modeli pərt edib.

Kollinzin dediyinə görə, bu yaxınlarda plastik cərrahiyyə əməliyyatına məruz qalacaq. O, çənəsindəki dərialtı piyi çıxartdırmaq istəyir.

"Əməliyyatı və sonrakı vəziyyətimi əks etdirən fotoları İnstagram-da paylaşacağam", - C.Kollinz deyib.

C.Kollinzin İnstagram profilinin 1,3 milyon daimi təqibçisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.