Maraqlı

Okeanın ən dərin çökəkliyindən nə tapıldı? - Bəşəriyyəti insanlar məhv edəcək - FOTO

15 May 2019 23:05
1 Şərh     Baxış: 5 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Okeanın ən dərin nöqtəsi olan Marian çökəkliyində kəşfiyyat işləri aparılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, amerikalı sualtı kəşfiyyatçı dənizin dibində plastik qab tapıb. Viktor Veskovo Sakit okeanın 11 min metrlik Marian çökəkliyinə enərək rekorda imza atıb. Onun aparatı okeanın dibindəki təzyiqə davam gətirəcək şəkildə istehsal edilib və Viktor 10 min 927 metr dərinliyə qədər enərək çuxurun dibində 4 saat qalıb. Veskovo dəniz canlıları və rənqli qayalıqlarla yanaşı plastik paket və qab da tapıb.

Ondan sonra isə komandası da Marian çökəkliyinə enib. Komanda dənizin 3 fərqli nöqtəsində "amfipot" adlı 4 yeni qabıqlı heyvan növü kəşf edib. 7 min metr dərinlikdə "qaşıq soxulcanı", 8 min metrdə isə çəhrayı dəniz ilbizi kəşf edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.