Maraqlı

Azərbaycan Yazıçılar Birliyinin binasında striptiz şou - VİDEO - FOTO

15 May 2019 11:09
10 Şərh     Baxış: 9 310

Bakının məşhur gecə klublarından olan "Hot Room Club"da striptiz şou nümayiş etdirilir. Sözügedən klubda qızların erotik rəqsi təşkil olunur.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, həmin gecə klubunda əxlaqsızlıq təbliğ edilir.

"Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər. Klubun sahibi Roşka Roş adlı reperdir.

Qeyd edək ki, əvvəllər "26" adı ilə fəaliyyət göstərən "Hot Room Clup" Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşir.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26" - "Twenty six" kafesi qalmaqallı şəkildə bağlanmışdı.

Obyektin bağlanmasına səbəb kimi onun "26 - Bakı komissarı"nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.

Videoya yaşı 18-dən az olan şəxslərin baxması qadağandır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Azazel · 15 May 11:2760

    iyice ağını cıxardınız. Ramazandan utanın hec deyılse....

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 15 May 11:5010

    26 nı dağıdanları hamı alqışlayırdı ki əsl vətənpərvərdilər. Ta demədilərki yerində nə qurulacaq.

    Cavab yaz
  • Anonim
    Alina · 15 May 12:01110

    Kişiciklər gecə gedib burda əylənirlər evdəki cavan həyat yoldaşları da sosial şəbəkələrdə özlərinə təzə kişi axtarıb tapırlar (MƏN ƏSLA HAQQ QAZANDIRMIRAM namus hər kəsin özünə məxsusdur )sonra deyillər arvadım namussuzdur ona görə PEYĞƏMBƏRİMİZİN BİR KƏLAMI VAR ÖZGƏ NAMUSA GÖZ DİKƏN ÖZ NAMUSUNDAN BİXƏBƏRDİR

    Cavab yaz
    • Anonim
      QQ · 15 May 14:4500

      Bəli Alina,100 faiz sizinlə razıyam

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 15 May 12:1500

    O çılpaq qızlar azərbaycanlıdılar dəqiq?

    Cavab yaz
    • Anonim
      Emin. · 15 May 16:2520

      yoooox ne danisirsan, ellips, infinity, status klubda erebler ucun soyunan qizlari xaricden getizdirirler

      Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 15 May 18:2300

        Hə belə de. )))

        Cavab yaz
  • Anonim
    asi · 15 May 12:3120

    Bizim cəmiyyətimiz elə korlanıb ki, mollalar pul müqabilində məscidləri də streptiz klub üçün icarəyə verərlər, o ki, qalmışdı ki, AYB -nin binası ola..Əxlaqsızlıq yerlərinin açılmaması üçün heç bir qadağa olmayandan sonra, vidyosuna baxmaq üçün yaşın 18 olub olmamasının nə fərqi var?..Indiki 15-16 yaşlılar ərəb turistlərinin qucağında 18 yaşa gəlib çıxır, onlar artıq belə klubların qiyabi müştəriləridi, kirayə evlərdə...

    Cavab yaz
  • Anonim
    QQ · 15 May 14:4300

    A maşAllah....Çox Aylb vallah...

    Cavab yaz
  • Anonim
    Fağır · 15 May 18:1520

    Bunları hələ qoyaq bir kənara. Hələm birinci tekeviziyada belə reklamları yığışdırın. Orada bundanda pisləri var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.