Maraqlı

80 yaşlı "Porsche" 20 milyon dollara satışa çıxarıldı - FOTO

15 May 2019 21:41
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sotheby's" hərrac evi "Porsche Type 64" modelini 20  milyon dollar başlanğıc qiyməti ilə kolleksiyaçılara təklif edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, idman stilində hazırlanmış avtomobil "Porsche"nin ilk modeli olub, 1939-cu ildə istehsal edilib. Avtomobil II Dünya Müharibəsindən öncə keçirilməli olan avtomobil yarışlarına qatılmaq üçün istehsal olunmuşdu.

"Porsche Type 64 olmadan nə 356, nə 550  nə də 911 olardı. Bu avtomobil "Porsche" əfsanəsinin başlanğıcı oldu. 80 illik tarixinə baxmayaraq, bu avtomobil çox yaxşı vəziyyətdədir. Bu avtomobil dəfələrlə müxtəlif idman yarışlarında uğurla iştirak edib", - deyə hərrac evindən bildirilib.

Qeyd edək ki, 1970-ci ildə istehsal olunmuş  "Porsche 917" modeli 2017-ci ildə14 milyon dollara satılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.