Maraqlı

Ürək xəstəliyinin ilk gizli simptomu

14 May 2019 22:35
0 Şərh     Baxış: 4 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış rusiyalı kardioloq Vladimir Xoroşev ürək xəstəliklərinin ilk simptomu haqqında məlumat verib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kardioloq səbəbsiz həyacan, təşviş, izahedilməz qorxu, bədgümanlıq kimi hisslərə fikir verməyi tövsiyə edir. Əgər sizdə belə hisslər tez-tez yaranırsa mütləq ürəyinizi yoxlayın.

Mütəxəssis qeyd edir ki, əksər hallarda insanlar onlarda yaranan bu hissləri digər səbəblərlə izah edir. Lakin daha sonra bir çox xəstələr etiraf edirlər ki, kardioloqun qəbuluna düşdükdən xeyli vaxt əvvəl onlar səbəbsiz qorxu və həyacan hiss edirdilər.   

Həkim ürək və həmçinin digər xəstəliklərin vaxtında aşkar olunması üçün ildə 1 dəfə profilaktik müayinədən keçməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.