Maraqlı

Bu yayın ən hit pomada rəngləri

14 May 2019 19:39
1 Şərh     Baxış: 1 053

Bu yay dodaqlarınız heç olmadığı qədər isti, cəsur və diqqətçəkən olacaq. Narıncı və çəhrayı ailəsindən seçilən çalarlar və qızılı işıltılar mövsümün makiyaj trendlərində vazkeçilməzlərdən olacaq.

Artıq dodaqlarınız da, baxışlarınız qədər önplanda olacaq.

Milli.Az axşam.az-a istinadən mövsümün hit rənglərini sizə təqdim edir:

Parlak çəhrayı (Fuşya)

Mövsümün yüksələn rənginin çəhrayı olacağını yazmağımıza ehtiyac yoxdur. Xüsusilə, çəhrayının ən canlı çalarlarından olan fuşya parlaq sonluğu ilə dodaqlarınıza yer alacaq.

Parlaq işıltı

Bu il də dodaqlarınız ayna işıltısı ilə parlayacaq. Ancaq bu dəfə onlar qızılı rəngdə olacaq.

Qırmızı narıncısı

Yay gələndə qırmızı rənglər rəflərə qaldırılsa da, narıncını özündə daha çox əks etdirən pomadalar dəbdə olacaq.

Mərcan rəngi

İsti iqlimin optimist enerjini əks etdirən mərcan rəngi yay makiyajınıza sevinc və iddia qatmağa gəlir.

Şaftalı çəhrayısı

Ötən mövsümün favoritləri arasında olan şaftalı çəhrayısı bu il daha da tündləşmiş versiyası ilə qarşımıza çıxacaq. Yay günlərinin sadə pomadalarını bu enerjili çalarla dəyişdirin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Papatya · 14 May 23:2900

    Gul qurusu rengini beyenirem men cox. Yaya uysa da, uymasa da.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.